Gürcüstanda təhsil

Əyani və qiyabi təhsil

Gürcüstan dövlət universitetlərində yeni qanunlara əsasən qiyabi təhsil forması yoxdur. Bütün dövlət universitetlərində təhsil əyani formada aparılır. Ancaq bunlara baxmayaraq hər bir tələbə Gürcüstanda Dövlət akkreditasiyasından keçmiş özəl universitetlərdə qiyabi təhsil ala bilər. Həmin universitetlərin diplomları Təhsil Nazirliyi tərəfindən tanınır və dəstəklənir.